19 Noyabr 2019, Çərşənbə axşamı - 04:38

S.Fettel yeni bolidlərlə bağlı fikirlərini bölüşüb

S.Fettel yeni bolidlərlə bağlı fikirlərini bölüşüb

Müəllif: Rauf Hacıyev, redaktor

12:50 - 15 Fevral, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel 2017-ci ilin bolidlərindən daha çox həzz alacaqlarına inanır.

F-1.az xatırladır ki, yeni texniki reqlamentdən sonra bolidlərdə asfaltayatma qüvvəsi artacaq və buna görə də dövrə zamanlarının 4-5 saniyə yaxşılaşması gözlənilir. Belə olan halda isə sürücülərin üstünə daha çox yüklənmə düşəcək.

Sebastyan Fettel: “Bolidlər önəmli dərəcədə sürətlənəcək. Bu sürət düzlüklərdə olmayacaq. Hətta düzlüklərdə sürətimiz düşə də bilər. Döngələrdəki sürətlər isə həyəcana səbəb olacaq. Bu sürücülərə fiziki cəhətdən də yük salacaq. Buna hazır olmalısınız. Ümumilikdə hər şey fərqli olacaq. Sözün açığı, ötmə görərikmi, bilmirəm. İnanmıram ki, bu əvvəlki kimi çox mümkün olsun. Sadəcə yarışlardan daha çox zövq alacağıq. Ümid edirəm ki, Ferrari olaraq qayda dəyişikliklərindən maksimum istifadə edib, mövsümə yaxşı başlayarıq. Keçənilki məyusluqdan sonra bu il daha rəqabətədavamlı olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 879
Teqlər ,
Paylaş

logo