20 İyun 2019, Cümə axşamı - 12:02

S.Fettel Laudaya niyə məktub yazıb?

S.Fettel Laudaya niyə məktub yazıb?

Müəllif: Rauf Hacıyev, redaktor

11:44 - 23 May, 2019

Ferrari komandasının sürücüsü Sebastyan Fettel keçən il Laudaya yazdığı məktubun səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, bu həftənin əvvəlində dünyasını dəyişmiş Laudaya keçən ilin yayında ağciyər köçürülmüşdü. Həmin günlərdə Fettel avstriyalı əfsanəyə məktub yazmışdı.

Sebastyan Fettel: “Onun yaxşı olmadığını eşitmişdim. Həmin günlərdə telefonda danışmağa halı yox idi. Eyni vəziyyətdə olsam, nədən razı qalacağımı düşündüm. Qısa bir yazını oxumaq əhvalını aça bilərdi. Buna görə də bu, ağıllı addım idi.

Sadəcə onu tanıdığım üçün yox, onunla söhbət etdiyimçün özümü xüsusi hiss edirəm. Onunla zarafatlaşdım və bundan həzz aldım. Qəribə idi. Zarafat etdiyini yoxsa ciddi söz dediyini anlamırdıq. Bundan həzz alırdım. Onun kimi insanlarla həmişə qarşılaşmırıq. Sadəcə Formula1-də yox, ümumilikdə deyirəm. O, əvəzsiz insan idi.

O həyatda necə idisə, televiziyada da elə idi. Televiziya ilə real həyatda fərqli davranan insanlar çoxalır. Amma Niki onlardan biri deyildi. Həmişə olduğu kimi davrandı. Açıqsözlü və xarakterli yarışçı idi. İdmanı sevirdi. Onun yerini doldurmaq mümkünsüzdür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 64
Teqlər , , ,
Paylaş

logo