17 Oktyabr 2019, Cümə axşamı - 00:35

S.Fettel: “Bura beşincilik üçün gəlməmişik”

S.Fettel: “Bura beşincilik üçün gəlməmişik”

Müəllif: Elçin Zodorov, redaktor

20:09 - 30 İyul, 2016

Sebastyan Fettel Almaniya Qran Prisinin sıralanma turunda Red Bull-dan geri qalmalarını heç bir şeylə əlaqələndirməyib və həmişəki kimi sürətli olmadıqlarını bildirib.

F-1.az xatırladır ki, Sebastyan Fettel öz ölkəsində keçirilən sıralanma turunda poulu qazanan Niko Rosberqdən 1 saniyə, Daniel Rikkardodan isə 0.6 saniyə geri qalaraq 6-cı olub.

Sebastyan Fettel: “Sıralanma turunda heç rahat deyildim. Son dövrəmdən razıyam, amma istədiyim qədər sürətli deyildim və buna görə də istədiyim nəticəni əldə edə bilmədim. Öyrənməli olduğumuz çox şey var. Bizdən öndə olanlarla müqayisədə harada vaxt itirdiyimizi öyrənməliyik.

Ümumi baxdıqda, çox da pis nəticə deyil. Amma biz bura beşincilik üçün gəlməmişik, və ya altıncı ola bilmək üçün yarışmırıq. Burada olmağımızın səbəbi şənbə günü poul, bazar günü də qələbə üçün vuruşmaqdır. Mercedes hazırda qüsursuzdur və onlara çatmaq çətindir”.

Fettel Red Bull-un Ferrari-ni üstələməsi ilə bağlı bunları deyib: “Məncə, digər komandalar irəli addım atmayıb, sadəcə biz geriləmişik. Hətta Force İndia ilə müqayisə etsəniz, görərsiniz ki, həmişə olduğumuzdan daha yavaşıq. Çox işimiz var…”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 459
Teqlər , , , ,
Paylaş

logo