18 İyun 2019, Çərşənbə axşamı - 17:19

S.Abitebul: “Red Bull-la həmişə aramız pis olub”

S.Abitebul: “Red Bull-la həmişə aramız pis olub”

Müəllif: Rauf Hacıyev, redaktor

14:20 - 14 Mart, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Red Bull komandası ilə işlədikləri 12 ildə həmişə münaqişə yaşayıblar.

F-1.az xatırladır ki, fransız mühərrik istehsalçısı 2007-ci ildən Red Bull-a mühərrik verir. “Qırmızı öküzlər” bu müddətdə 50 qələbə, 57 poul və 4 Dünya Çempionluğu əldə ediblər.

Siril Abitebul: “2019-cu ildə Red Bull-la davam edib-etməyəcəyimiz müəmmadır. Onlara 12 ildir mühərrik veririk və hər mövsüm aramızda münaqişə olub. Buna baxmayaraq, onlarla işləməyə davam edirik. 2019-ci ildə bunun davam edəcəyini bilmirəm, ancaq tezliklə qərar verilməlidir. Red Bull və McLaren-i müştərilərimiz kimi yox, ortaqlarımız kimi görürük. Hamını eyni mühərriklə təmin edəcəyimizə söz veririk”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər , ,
Paylaş

logo