Rusiya-2019: Üçüncü sərbəst yürüşlər

Bu gün Soçidə gün boyu yağış yağacağı proqnozlaşdırılsa da, gecəki yağıntıdan sonra tras tam quruyub və sürücülər sessiya boyunca yalnız sliklərlə işləyiblər.

F-1.az bildirir ki, Kvyat bu gün də güc qurğusu problemi ilə qarşılaşıb – Kvyat 22-ci dəqiqədə pit yolunun çıxışında dayanmalı olub. Maşının təxliyəsi üçün bir neçə dəqiqə VTM rejimi aktiv olub. Cəmi 4 dövrə vura bilən rusiyalı sürücü üçün sessiya başa çatıb. Onun maşınında güc qurğusu dəyişdiriləcək və bunun sıralanma turuna qədər başa çatdırılması çətin görünür.

Peres də maşındakı problemlərə görə sessiyanın böyük hissəsini boşa verməli olub. Ferstappen əvvəlcə 2-ci döngədə səhvə yol verib, sonra isə 13-cü döngədə yerində fırlanıb və boksa gəlib.

Protokollara Şarl Lekler başçılıq edib – 1:32.733. Fettel ikinci olub. Bizi olduqca gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:32.733 14
2 5 Sebastyan Fettel Ferrari 1:33.049 + 0:00.316 15
3 44 Lyuis Həmilton Mercedes AMG 1:33.129 + 0:00.396 19
4 77 Valtteri Bottas Mercedes AMG 1:33.354 + 0:00.621 18
5 33 Maks Ferstappen Red Bull 1:34.227 + 0:01.494 12
6 8 Roman Qrojan Haas 1:34.308 + 0:01.575 17
7 23 Aleksander Elbon Red Bull 1:34.371 + 0:01.638 21
8 27 Niko Hülkenberq Renault 1:34.421 + 0:01.688 13
9 4 Lando Norris McLaren 1:34.527 + 0:01.794 15
10 20 Kevin Maqnussen Haas 1:34.546 + 0:01.813 15
11 10 Pyer Qasli Toro Rosso 1:34.564 + 0:01.831 16
12 3 Daniel Rikkardo Renault 1:34.586 + 0:01.853 14
13 55 Karlos Sayns McLaren 1:34.607 + 0:01.874 18
14 99 Antonio Covinatsi Alfa Romeo 1:34.766 + 0:02.033 15
15 11 Serxio Peres Racing Point 1:34.860 + 0:02.127 7
16 18 Ləns Stroll Racing Point 1:34.898 + 0:02.165 16
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:35.714 + 0:02.981 19
18 63 Corc Rassell Williams 1:36.011 + 0:03.278 18
19 27 Daniil Kvyat Toro Rosso 1:36.081 + 0:03.348 4
20 88 Robert Kubitsa Williams 1:36.942 + 0:04.209 19
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*