Məlumata görə, Formula1-lə ölkə hökuməti arasında hələ tikilməmiş stasionar trasda yarışın keçirilməsi ilə bağlı artıq razılıq əldə olunub. Ruanda Qran Prisinin dünya çempionatının mərhələləri sırasına daxil edilməsi barədə rəsmi açıqlamanın ilin sonuna qədər verilməsi gözlənilir.
Son illərdə ölkəyə Formula1-i gətirmək layihəsi 2000-ci ilin martından bu vəzifəni tutan Ruanda prezidenti Pol Kaqamenin əsas prioritetlərindən biri olub. Onun təşəbbüsü ilə 2024-cü ildə Ruandanın paytaxtı Kiqalidə FİA Baş Assambleyası və dünya çempionatlarının qalib və mükafatçılarına FİA Gala çərçivəsində mükafatların təqdimetmə mərasimi keçirilib. Həmin vaxt Kaqame Formula1 mərhələsinin keçirilməsi üçün müraciət edildiyini də ictimai şəkildə açıqlayıb.
İlkin mərhələdə Ruandanın planları ölkədə trasın olmamasına görə skeptik qarşılanıb, lakin artıq Kiqalidən təxminən 40 kilometr aralıda, inşası davam edən Buqesera beynəlxalq hava limanının yaxınlığında yarış kompleksinin tikintisi ilə bağlı qərar qəbul olunub.
Əgər bu planlar reallaşsa, Formula1 1993-cü ildən bəri ilk dəfə Afrikaya qayıdacaq. Həmin il Kyalami trasında CAR Qran Prisi baş tutmuşdu.