R.Kubitsanın vəziyyəti yaxşılaşıb

Robert Kubitsanın əhvalının rəsmi məlumatı elan olunmamış İtaliyanın KİV-i Santa Corona hospitalının mütəxəssislərinə əsaslanaraq yazır ki, sürücü gecəni yaxşı keçirib… […]

Robert Kubitsanın əhvalının rəsmi məlumatı elan olunmamış İtaliyanın KİV-i Santa Corona hospitalının mütəxəssislərinə əsaslanaraq yazır ki, sürücü gecəni yaxşı keçirib…

Həkimlərin sözlərinə görə, “Robert gecəni sakit keçirib, onun orqanizmi yaxşı reaksiya verir və vəziyyəti bir qədər yaxşılaşıb.”

Robert yuxudan yaxşı əhvalla ayılıb: həkimlər hesab edirlər ki, bu sağalmaq üçün vacibdir. O hətta həkimlərlə, ona baş çəkməyə gəlmiş Lotus Renault GP komandasının əməkdaşları ilə zarafatlaşıb. Kubitsa otağına keçmiş Roma papası II İohan Pavelin portretinin gətirilməsini xahiş edib.

Komandanın və sürücünün menecerinin qərarına görə, sürücünün müalicəsi məhz bu hospitalda davam edəcək.

İntensiv terapiya şöbəsinin başçısı Corco Barabinonun sözlərinə görə, hospitalın personalı bu qərardan şad olub: “Biz öz işimizdən razıyıq, bu da işimizə verilən qiymətdir. Robertin vəziyyətinin dinamikası çox yaxşıdır: o artıq su içə bilir və əlini tərpədir. Gələcəyini söyləmək çətindir. Bir neçə aydan sonra qolun bir həssəsi tam işləyə bilər, amma tam funksional bərpa sualı hələlik cavabsız qalır. İstənilən halda bunun üçün bir il vaxt lazımdır.”

Bəlkə də, ən qorxulu günlər arxada qalıb, amma həkimlər sürücünün vəizyyətini diqqətlə izləyirlər və müayinələr davam edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*