Rəsmən: Vyetnam Qran Prisi 2020-ci ildə debüt edəcək

Vyetnamın paytaxtı Hanoy 2020-ci ildə Formula1 mərhələsini qəbul edəcək. Gələn həftə trasın konfiqurasiyası təqdim olunacaq.

Yeni Qran Prinin təqdimatına dəvətnamədə deyilir ki, Hanoy hökuməti FOM-la müqavilə imzalayıb, ona görə də 2020-ci ilin aprelində Formula1 paytaxt küçələrinə gələcək”.

F-1.az bildirir ki, təşkilatçılar əvvəlcə trasın Köhnə Şəhər yaxınlığında Hoankyem gölü ətrafında olmasını təklif etmişdilər. Amma sonda tras Mi Din stadionuna tərəf çəkilib – bu hissədə olan küçələr şəhərin mərkəzində olanlardan daha genişdir.

Formula1-in yarış direktoru Çarli Uaytinq bu günlərdə Hanoya baş çəkib və əmindir ki, tras vaxtında hazır olacaq. Trasın bir hissəsi mövcud yollardan keçəcək, bir hissəsi isə yeni qurulmalıdır.