Rəsmən: McLaren gələn il Renault motorları ilə çalışacaq

Honda motorlarından imtina etdikdən sonra McLaren komandası 2018-2020-ci illərdə Renault güc qurğusundan istifadə edəcəyini açıqlayıb.

F-1.az xatırladır ki, britaniyalıların bu addımı gözlənilən idi. Honda ilə üçillik uğursuz əməkdaşlıqdan sonra komanda zirvəyə qayıtmağa ümid edir…

Zek Braun, McLaren Group: “Biz bu müqavilə ilə komandaya stabillik gətirmək istəyirik, ona görə də hazırda bütün səyimizi yeni maşının hazırlanmasına yönəltmişik.

McLaren həmişə hər bir tərəfdaşı ilə uzunmüddətli əməkdaşlığa çalışır. Biz əminik ki, Renault Sport-un güc qurğusu ilə hər yarışda qələbə qazanmağa yaxın olacağıq”.

Jerom Stoll, Renault Sport: “Renault Sport üçün bu müqavilə strateji əhəmiyyət daşıyır və biz Formula1-də zəngin tarixi olan bir komanda ilə müqavilənin imzalanması ilə fəxr edirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*