Rəsmən: İdman Azərbaycan kanalı çempionatın yayımçısıdır

Artıq 70 yaşını qeyd edəcək dünya çempionatının startına sayılı günlər qalıb və ölkəmizdə çoxsaylı azarkeşlərin çoxdan gözlədikləri xəbər bu gün təsdiqini tapıb.

F-1.az xatırladır ki, tarixdə ilk dəfə 22 yarışın (düzdür, Çin yarışı təxirə salınıb və hələ bir neçə yarışı da eyni aqibət gözləyə bilər) yer aldığı təqvimdə ardıcıl 5-ci dəfə baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız iyunun 5-dən 7-dək doğma Bakımızın küçələrində keçiriləcək.

Bu il çempionat bütün dünyada daha səbirsizliklə gözlənilir. Çünki may ayında çempionatının ilk yarışının keçirilməsinin 70 illiyi təmtəraqla qeyd olunacaq. Bundan başqa, çempionatın bütün mövsümlərinin yeganə iştirakçısı Ferrari komandası 1000-ci yarışını keçirəcək. Ölkəmizdəki F1 azarkeşlərini maraqlandıran mühüm məsələlərdən biri isə çempionatın hansı kanalla yayımlanması məsələsi idi.

Bu məsələyə bir qədər əvvəl aydınlıq gətirilib. Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları yenə də İdman Azərbaycan kanalında, ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.

Formula1 azarkeşlərini idmanın ana kanalında ana dilimizdə izləməyə dəvət edirik…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*