Rəsmən: Hülkenberq Haas-da

Bir qədər öncə Mik Şumaxerlə müqavilənin uzadılmayacağını açıqlayan Haas komandası onu Niko Hülkenberqin əvəz edəcəyini rəsmən elan edib.

F-1.az xəbər verir ki, 35 yaşlı alman sürücünü ilə müqavilə bağlayan komanda gələn il ən təcrübəli heyətlərdən birinə sahib olacaq.

Günter Şteyner: “Niko Hülkenberqi əsas sürücü kimi F1-ə qaytardığımız üçün şadam. O, sahib olduğu təcrübə, F1-də çıxdığı 200-ə yaxın yarışda qazandığı biliklər, əla sıralanma turu sürücüsü və etibarlı yarışçı olması ilə tanınır. Bu xüsusiyyətləri Kevin Maqnussenin tərcrübələri ilə birləşdirdiyimizdə, komandanı gələcəkdə üst pillələrə çıxara biləcək təcrübəli heyətimiz formalaşır. Hədəfimiz budur və Nikonu gətirməyimizə səbəb də məhz bu ehtiras oldu. Bu il yenidən xallar qazanaraq atdığımız addımın davam etdirilməsində mühüm rol oynayacaq”.

Niko Hülkenberq: “Formula1-dən heç ayrılmamış kimi hiss edirəm. Ən sevdiyim işlə yenidən məşğul olacağım üçün çox şanslıyam. Həm Cin Haas, həm də Günter Ştaynerə mənə olan inamlarına görə təşəkkür edirəm. Orta qrupdakı digər komandalarla rəqbət apara bilmək üçün görəcəyimiz çox iş var və mən də bu mübarizəyə yenidən qatılmaq üçün səbirsizlənirəm”.

Xatırladaq ki, Hülkenberq F1-də debütünü 2010-cu ildə Williams ilə edib. Bir illik fasilə ilə 2011-2012-ci və 2014-2016-cı illərdə Force İndia, 2013-cü ildə Sauber, 2017-2019-cu illərdə isə Renault sürücüsü olub. Son Racing Point və Aston Martin-də ehtiyatda keçirib və bu müddət ərzində beş Qran Pridə yarışıb.

Formula 1-dəki karyerası ərzində Hülkenberq heç vaxt podiuma yüksələ bilməyib.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*