17 Dekabr 2018, Bazar ertəsi - 06:49

Reqlamentdə bəzi dəyişikliklər təsdiq olunub

Reqlamentdə bəzi dəyişikliklər təsdiq olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:06 - 18 Aprel, 2018

Dünən Parisdə FİA-nın prezidenti Jan Todt, Formula1-in icraçı direktoru Çeyz Keri və komanda başçılarının iştirak etdiyi Formula1 Komissiyası və Strateji İşçi Qrupun növbəti iclasında 2019-cu və 2021-ci ilin reqlamentlərində bəzi dəyişikliklər təsdiq olunub.

F-1.az xəbər verir ki, bu dəfə motor istehsalçılarının səsi eşdilib – 2021-ci ildən qüvvəyə minəcək yeni reqlamentin ilkin layihəsində bu gün F1 maşınlarında çalışan 1.6 litr işçı həcmi olan hibrid mühərriklər saxlanılıb. Hazırda qüvvədə olan Razılıq Müqaviləsi başa çatdıqdan sonra tətbiq olunacaq güc qurğularında bahalı və etibarsız MGU-H generatorları yer almayacaqlar. Yeni mühərriklərin dirsəkli valı dəqiqədə 15 min deyil, 18 min dəfə dövr edəcək. Bu isə güc qurğusunun səsini artırmalıdır. Bir saatda 100 kq-lıq yanacaq sərfiyyatına qoyulmuş məhdudiyyət isə, ümumiyyətlə, ləğv ediləcək – ona görə də sürücülər startdan finişədək hücum edə biləcəklər.

Maşınların kütləsi artacaq, axı indi onlar daha çox yanacaq ehtiyatı ilə starta çıxmalı olacaqlar – düzdür, qarşıdakı müzakirələrdə komandalar yarışın gedişində yanacaqdoldurmaların geri qaytarılmasını təklif edə bilərlər. FİA və FOM güc qurğusundakı elementlərin dəyişdirilməsi zamanı tətbiq olunan cərimələr sisteminə yenidən baxacaqlar – azarkeşlərin anlamadığı yer itirmək cəzaları da ləğv oluna bilər.

Müştəri komandalar üçün güc qurğularının dəyərinin aşağı salınması və müxtəlif istehsalçıların güc qurğuları arasında fərqlərin nəzarətdə saxlanılması da əsas bəndlər kimi qeyd olunub. 2021-ci ildən güc qurğusuna qarşı irəli sürülən yekun tələblər bu il mayın sonuna qədər tam formalaşmalıdır.

Gələn mövsümdən tətbiq ediləcək dəyişikliklərə gəlincə, 2019-cu ildə sürücülər diyetada oturmayacaqlar. Reqlamentə sürücünün oturacağı ilə birlikdə minimal çəkisi daxil ediləcək – 80 kq, bu çəkidən yüngül olanlar müvafiq ballast alacaqlar.

Yarışın gedişində yanacağın sərfiyyatı 105 kq-dan 110 kq-a qədər artırılacaq, bu da sürücüləri bəzi yarışlarda yanacağa qənaət barədə düşünməkdən azad edəcək. Bundan başqa, sürücünün sükan arxasında sağlamlığı barədə bütün məlumatı əldə etməyə və ötürməyə imkan verən biometrik əlcəklərin tətbiqi məcburi olacaq….


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 780
Teqlər ,
Paylaş

logo