Renault-nun qalmaqalı Sinqapuru narahat eləmir

Nelsinyo Pikenin qalmaqallı qəzası keçənilki Sinqapur yarışında baş vermişdi, gələn həftə bu tras tarixində ikinci yarışını keçirəcək. Şəhər avtodromu hazırda […]

Nelsinyo Pikenin qalmaqallı qəzası keçənilki Sinqapur yarışında baş vermişdi, gələn həftə bu tras tarixində ikinci yarışını keçirəcək. Şəhər avtodromu hazırda Formula1-in görüşünə hazırlaşır, yerli məmurlar isə suallara cavab verirlər. Yerli mətbuata müsahibəsində parlamentin üzvü, ticarət, sənaye və təhsil naziri S.İsvaran vəziyyəti şərh edib…

S.İsvaran: “Məncə, qalmaqalda söhbər yalnız bir komandanın taktikasından gedir, bu trasın xüsusiyyəti ilə əlaqədar deyil, biz inanmırıq ki, bu vəziyyət qarşıdakı Qran Priyə nəsə təsir edəcək. Bu FİA və komandaların daxili məsələsidir, biz isə yarışın təşkilatçılarıyıq, bizim vəzifəmiz Qran Prini keçirmək, azarkeşlər və iştirakçılar üçün maksimum rahatlığı təmin etməkdir.

Məni meşə yanğınlarının tüstüsü daha çox narahat edir, FİA vəziyyətin inkişafını izləyir və biz bilirik ki, vəziyyət nəzarət altındadır. Təhlükəsizlik – bizim əsas məqsədimizdir, ən pis halda əgər görüntü sürücülər üçün kifayət dərəcədə olmasa, Qran Pri rəhbərliyi yarışı dayandırmaq qərarı verə bilər, Sepanqda güclü yağış altında olduğu kimi. İstənilən halda bu məsələni stüardlar həll edirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*