S.Peres: Heç nə istədiyim kimi olmadı

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, birinci sərbəst yürüşlərdə iştirak etməməsi ona baha başa gəlib.

F-1.az xatırladır ki, birinci sərbəst yürüşlərdə Peresi gənc Yuri Vips əvəzləmişdi. Nəticədə meksikalı sürücü Barselonadakı sıralanma turunda 5-ci yeri tutub.

Serxio Peres: “İşlər palnlaşdırdığımız kimi getmədi. Birinci sərbəst yürüşlərdə iştirak etməmək mənə baha başa gəldi, çünki təkərlər bu həftə fərqli davranırlar. Onlarla sadəcə bir dövrə atmaq olur. Mənim üçün vəziyyəti düzəltmək çətin idi. Bolidlə və təkərlərlə rahat olmadım. Təkərlər tez qızırdı. Önümüzdə uzun yarış var və görək nə olur.

Bütün sessiya ərzində maşınla mübarizə aparırdım. Özümü narahat hiss edirdim. Vahid dövrədə çox zəif idim. Lakin yarış tempimiz yaxşıdır. Yarışda rəqiblərimizə təzyiq göstərəcəm. Hər şey ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*