Renault istədiyi kimi inkişaf etməyib

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, işçi sayını artırsalar da, nəticəsini görməyiblər.

F-1.az bildirir ki, fransalılar 2016-cı ildə idmana qayıtdıqdan sonra işçi sayını 470-dən 700-ə qaldırıblar.

Siril Abitebul: “Bu, mübarizədir. Bir nəfərdən yox, yüzlərlə adamdan söhbət gedir. Belə olan halda hər şey eyni olmur. Bir-birimizə yaxşı uyğunlaşmalıyıq. Xərclədiyimiz pulun qarşısındakı işimizə baxsaq, bu il geriləmişik. Bolid düzəltmək üçün çox pul sərf etdik. İşçi sayını artırmaqdansa, fərqli şöbələr arasında yaxşı vəhdət təşkil etməliyik”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*