Renault heyətini gücləndirib

Renault komandası adlı-sanlı mütəxəssisləri transfer etməyə davam edir. Fransızlar bu dəfə Red Bull-da işləmiş Pit Meçini aerodinamika şöbəsinə müdir vəzifəsinə gətiriblər.

F-1.az bildirir ki, Formula1 karyerasına Arrows komandasında başlayan Pit daha sonra Jaguar-a transfer olunmuşdu. Jaguar komandası Red Bull-a satıldıqdan sonra isə aerodinamik boruda məsul olmuşdu. Meçin Red Bull-da işlədiyi müddətdə RB6, RB7, RB8 və RB9 bolidlərinin inkişafında böyük rol oynamışdı.

Renault-nun verdiyi açıqlamaya əsasən, Meçin yeni komandasına iyulun 3-də qoşulacaq və aerodinamika şöbəsinin rəhbər köməkçisi Con Tomlinsondan raport alacaq.

Pit Meçin: “Renault komandası Formula1-dəki mübarizə mövzusunda çox ciddidir və mən bu cür komandaya gəldiyim üçün çox sevincliyəm. Renault sonuncu dəfə Mühəndislər Kubokunda çempion olanda komandanın lideri Bob Bell idi. İndi onunla eyni uğuru qazanmaq üçün səbirsizlənirəm.

Bu il texniki reqlament dəyişiklikləri son illərdəki ən önəmli dəyişikliklərdən biridir. Bu dəyişikliklər keçmişə nisbətən daha çox asfaltayatma qüvvəsinə icazə verəcək.

Renault-nun aerodinamik inkişafından məsul olacağım üçün xoşbəxtəm. Bundan əvvəl Nik Çester və Keron Pilbim ilə bir yerdə işləmişdim. Komandadakı bəzi vacib işçilərlə yaxından tanışam. Onlarla eyni hədəfləri bölüşürük”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*