Red Bull Rassellə maraqlanır

Red Bull-un idman məsləhətçisi Helmut Marko bildirib ki, Corc Rasseldə gözü var.

F-1.az xatırladır ki, Corc Rassel artıq 3 mövsümdür ki, Williams-da yarışır. Britaniyalı sürücünün gələn il Mercedes-ə keçəcəyi ehtimal olunur. Lakin “gümüşü oxlar” Valtteri Bottasın müqaviləsini uzadacağı halda, Rassel yenə də Williams komandasında qalmalı olacaq.

Helmut Marko: Rassel hazırda Williams-da gözəl performans göstərir və onu ciddiyə almaq lazımdır. Lakin onun komandadan ayrılması utopiya olar. Mercedes onu əldən verməklə böyük səhv edər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*