R.Dennis Britaniyanın Enzo Ferrarisidir

Dünən Londonda Sport İndustry Awards mükafatının təqdimetmə mərasimi keçirilib, bu mükafat Britaniyada “idman Oskarı” adlanır. Mərasimdə idmanın inkişafında böyük rol […]

Dünən Londonda Sport İndustry Awards mükafatının təqdimetmə mərasimi keçirilib, bu mükafat Britaniyada “idman Oskarı” adlanır. Mərasimdə idmanın inkişafında böyük rol oynamış biznes və media nümayəndələri mükafatlandırılır. McLaren Group-un keçmiş başçısı Ron Dennis avtoidmanda karyerasının qırx ili ərzində qazandığı uğurlara görə xüsusi mükafata layiq görülüb. Mükafatı Rona onun komandasında keçən əsrdə çempionluq titulları qazanmış Alen Prost və Mika Hakkinen təqdim ediblər…

Mükafatı aldıqdan sonra Ron Dennis bildirib: “Mən Formula1-ə 1966-cı ildə gəlmişəm və 43 il ərzində bu idman mənim ehtirasım olaraq qalır.

Bu müddət ərzində mən idman tarixində ən dahi sürücülərlə işləmişəm, həm də istedadlı və əməksevər mühəndislər görmüşəm. Mən hesab edirəm ki, onlarla əməkdaşlıq böyük şərəf idi. Azarkeşləri daha çox sürücünün mahir ustalığı maraqlandırır, amma Formula1 hər şeydən əvvəl komanda idman növüdür. Hər bir qələbə yalnız bir superulduzun deyil, kadr arxasında qalan bir çox qəhrəmanların xidmətidir.

Ona görə də McLaren-dən danışdıqda “komanda” sözündən deyil, mən “ailə” sözündən istifadə edirəm. Ailəmlə birlikdə 138 yarışda qələbə qazanmışıq, sürücülərimiz 10 çempion titulu və 7 Mühəndislər Kuboku qazanıblar.

Yaxşıdır ki, bu uğurlar məhz indi qiymətləndirilir, axı iki həftə bundan əvvəl mən Formul1-dən getməyi qərara almışam və McLaren tarixində yeni McLaren Automotive adlı səhifə açmışam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*