R.Barrikello: “Niyə də qələbə arzulamayım?”

Formula1-in veteran sürücüsü braziliyalı Rubens Barrikello hesab edir ki, onun yeni Brawn GP komandası Avstraliya Qran Prisində qələbə qazana bilər […]

Formula1-in veteran sürücüsü braziliyalı Rubens Barrikello hesab edir ki, onun yeni Brawn GP komandası Avstraliya Qran Prisində qələbə qazana bilər – bu barədə Rubens İspaniyanın Marca qəzetinə müsahibəsində bildirib…

Rubens Barrikello: “BGP001 – çox güclü və etibarlı Mercedes motorlu tam yeni maşındır, onda niyə də qələbə arzulamayım? Mən çoxdan belə bir komanda axtarırdım, harda mənə Ferrari-dəki kimi imkanlar versinlər, amma orda Mixael Şumaher olmasın.

Mən hesab edirəm ki, yeni qaydalar sayəsində çempionat müxtəlif senarilər üzrə keçə bilər, həm də əminəm ki, McLaren ancaq 3-4 yarışdan sonra liderlərə çatacaq. Bir daha əminəm ki, bizim BGP001 yeni texniki reqlamentə tam cavab verir. Sadəcə biz qaydaları başqa cür qəbul etmişik, amma onları pozmamışıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*