Mercedes Madriddə qələbə dublu gözləmir

Bu il Mercedes sürücüləri 13 yarışın 9-da qalib gəliblər, 3 yarışda, o cümlədən sonuncuda - Monzada qələbə dubluna imza atıblar, amma Madriddə bu uğuru təkrarlayacaqlarını düşünmürlər…

Əndryu Şovlin, Mercedes komandasının baş yarış mühəndisi: “Monzada maşınlarımız çox sürətli idi və bu da qələbə qazanmağa imkan verdi. Amma maşınların təkmilləşdirilməsi tempində biz digər komandalardan geri qalırıq, buna görə də bu həftəsonu çempionatda rəqiblərlə fərqi artıraraq qələbə dublu əldə etmək çox xoş oldu.

Amma bilirik ki, tras üçün Monza istisnadır və bu formanı növbəti mərhələdə, Madriddə də qoruyacağımızı gözləyə bilmərik. Orada bizi xeyli daha gərgin mübarizə gözləyir.

Avropadakı son mərhələdə diqqətimizi həftəsonunu qüsursuz keçirməyə və çoxlu xal qazanmaq üçün maşınımızın potensialından maksimum istifadə etməyə yönəldəcəyik”.