Ə.Şovlin: Bakıdan əvvəl görüləsi işlər var

Mercedes komandasının yarış direktoru Əndryu Şovlin bildirib ki, Monako trası onların zəif yönlərini ortaya çıxarıb.

F-1.az xatırladır ki, Mercedes mövsümə pis başlayıb. Lakin Barselonaya gətirilən yeniliklərdən sonra əksəriyyət gözləyirdi ki, Mercedes yenidən mübarizəyə qayıdacaq. Ancaq “gümüşü oxlar” Monakoda həm Red Bull-dan, həm də Ferrari-dən geri qalıblar.

Əndryu Şovlin: “Komanda və sürüclüər üçün məyusedici həftəsonu idi. Vahid dövrədə zəif idik, amma yarışda da tempimiz yox idi. Corc Landodan 5-ci yeri aldı və sona qədər onu arxasında saxladı. Əla performans idi. Lyuis də yarış ərzində Alpine komandasının pilotlaır ilə mübarizə apardı. Ona düzgün strategiya seçə bilmədik.

Soyuq havada təkərləri qızdırmaq çətin idi və iki maşın da yarışın sonlarında performans itirməyə başladı. Bakı yarışından əvvəl çox iş görməliyik. Orada Monakodakı kimi döngələr”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*