A.Şovlin: Bakıda Monakoya oxşar çətinliklər ola bilər

Mercedes komandasının yarış mühəndisi Əndryu Şovlin bildirib ki, Bakıda da Monakodakı kimi problemlər yaşaya bilərlər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə pis başlayıblar. Son 8 ilin çempionları Monakoda yavaş döngələrdə zəif görünürdülər və maşında dalğalanma problemi davam edirdi.

Andryu Şovlin: “Monakoda maşının yaxşı işləməyini təmin etmək Barselonadan çətin idi. İspaniyada yarış tempimiz yaxşı olsa da, Red Bull və Ferrari-yə uduzurduq.

Monakoda isə kələ-kötür asfalt və trasın yavaş quruluşu bizə çətinlik yaratdı. Boliddə də problemlər var idi. Bu da sürücülərin özlərinə olan inamı azaltdı. Döngələrdə sürət itirdi. Düzgün sazlanma tapa bilməmişdik.

Bakıda da oxşar problemlərlə üzləşə bilərik. İşləyirik və maşını düzəltməyə çalışırıq. Bacardığımız qədər sazlanmaları düzəldəcəyik. Bolidi ideal hala gətirməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*