R.Barrikello: “Mən komandanın üzündən uduzdum”

Rubens Barrikello startdan sonra yarışa başçılıq edib, amma Brawn GP sürücüləri üç pit-stop strategiyasına keçirib və nəticədə braziliyalı sürücü sonuncu […]

Rubens Barrikello startdan sonra yarışa başçılıq edib, amma Brawn GP sürücüləri üç pit-stop strategiyasına keçirib və nəticədə braziliyalı sürücü sonuncu pitdə komanda yoldaşını da irəli buraxdıqdan sonra finiş xəttini altıncı keçib. Finişdən sonra BBC-yə yarışı şərh edən Rubens məyus olduğunu söyləyib…

Rubens Barrikello: “Bu gün baş verənlər məni çox məyus edib, bu səhv qərar qəbul etməklə qələbəni əldən verməyə yaxşı nümunədir. Mən əlimdən gələni etdim. Mən birinci döngədə liderliyi ələ almalı idim, mən startı uddum, amma sonda komandanın üzündən yarışı uduzdum. Əgər biz belə davam etsək, onda hər iki çempionatı uduzuacayıq və bu dəhşət olacaq.

Düzünü desəm, təəssüflənirəm ki, bu dəqiqə təyyarıyı oturub evə gedə bilmirəm. Mən komandadan heç kimlə danışmaq istəmirəm, yenə başlayacaqlar “bla-bla-bla”… Mən bu yalanları eşitmək istəmirəm, dəhşətli dərəcədə məyus olmuşam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*