R.Braun: “Qaydalar sadələşdirilməlidir”

Formula1-in yeni idman rəhbəri Ross Braun bildirib ki, idmanın qaydaları bəsitləşdirilməlidir.

F-1.az xatırladır ki, Berni Ekklstoun həftənin əvvəlində postundan uzaqlaşdırılıb. Onu Çeyz Keri, Ross Braun və Şon Bratçes əvəz edəcək.

Ross Braun: “Formula1-in idman şöbəsində işləyəcəm. İdmanı sürücülərlə, komandalarla və FİA işçiləri ilə bir yerdə inkişaf etdirmək istəyirəm. Təcrübələrim Formula1-in reaktiv olduğunu göstərir. Yəni bir problem olan kimi reaksiya verib, onun üçün həll yolu axtarır. Çox az hallarda gələcəyi düşünür və olmaq istədiyi yerə qərar verir.

Azarkeşlərin nə istədiyini çox yaxşı bilirik. Onlar əyləncə istəyir və yarışlarda daha çox mübarizə izləmək istəyirlər, nələrin baş verdiyini anlamaq istəyirlər. Məncə, bu sözümlə çox adam razıdır. Bunu qaydasına qoymaq üçün komandamla əlimizdən gələni edəcəyik”.

Braun hazırkı qaydaların qarışıq olduğunu deyib: “Gələcək üçün əsas hədəfimiz qaydaları bəsitləşdirməkdir. Son bir neçə ildir Formula1-i azarkeş kimi izləyirəm və yarışlarda əmin olmadığım hadisələr baş verir. Bu mükəmməl idman növüdür. Sürücülər, şəxsiyyərlər, rəqabət, bolidlər və digər şeylərin mükəmməl kombinasiyası var. Biz də bu rəsmə baxıb, nələri təkmilləşdirə biləcəyimizi anlamalıyıq.

Azarkeşlər əsl yarış görmək istəyirlər və hazırda bunu görə bilmirik. Son bir neçə ildə eyni komandanın iki sürücüsünün çempionluq uğrunda mübarizəsini izlədik və bu, Mercedes-in günahı deyil. Onlar mükəmməl işlər gördülər. Amma azarkeşlər mübarizə görmək istəyirlər.

Təbii ki, azarkeşlərin də növləri çoxdur. Trasa gələnlər və yarışa televiziyadan baxan azarkeşlər də var, digər yollarla izləyən azarkeşlər də. Onlar arasında yaxşı balans tutuzdurmalıyıq. Əsl yarış abu havası yaratmaq istəyirik. Azarkeşlər yarışa gələndə bundan maksimum həzz almalıdırlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*