Ç.Keri Almaniyanı saxlamaq istəyir

Formula1-in rəhbəri Çeyz Keri gələn il Almaniya Qran Prisinin keçirilməsi üçün əlindən gələni edir.

F-1.az xatırladır ki, Mayami Qran Prisi təxirə salındıqdan sonra Keri tarixi Hokkenhaym trası ilə yei müqavilə bağlamaq istəyir: “Bunun üçün əlimizdən gələni edirik. Hokkenhaym vacib traslardandır və Almaniyada geniş fan kütləsi var. Bundan başqa avtomobil sektorunun vacib məkanlarındandır. Bizim üçün önəmli ölkədir. Amma yarışa fokuslanmış və bunu dəstəkləyəcək tərəfdaşlara ehtiyacımız var. Bunun üçün işləyirik.

Bu mövsüm iki böyük ulduz bir-birilə rəqabət aparır. Formula1-də də futboldakı kimi mübarizə aparan komandalarımız var. Bundan başqa insanlar arasında da rəqabət var. Bu insanlar xarakter cəhətdən fərqlənəndə işlər daha həyəcanverci olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*