R.Barrikello: Sayns meditasiya ilə məşğul olmalıdır

Sabiq Formula1 sürücüsü Rubens Barrikello bildirib ki, Ferrari-yə keçən Karlos Saynsın işi çətindir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn ildən Ferrari-də çıxış edəcək və o, dördqat Dünya Çempionu Sebastyan Fetteli əvəz edəcək.

Rubens Barrikello: “Zehni və fiziki cəhətdən hazır olsa da, qayğılarına nəzarət etməlidir. Orada çox qayğılı olacaq. Ona məsləhət görürəm ki, onlara nəzarət etmək üçün meditasiya ilə məşğul olsun. Bu, məndə işə yaramışdı və qayğılarımı azaltmışdım

Bir il əvvəldən müqavilənin açıqlanması dəlilikdir. Psixoloji cəhətdən də çətindir. Çünki indiki iş yerinizdə özünüzü oranın bir hissəsi kimi görmürsünüz. Ümid edirəm ki, gələn hamı daha xoşbəxt olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*