Qış testlərinin saatları bəlli olub

F-1.az xəbər verir ki, fevralın 23-dən 25-dək Bəhreyndə keçiriləcək üç günlük qış testlərinin və baş tutacaq tədbirlərin qrafikləri açıqlanıb.

Testlər hər gün yerli vaxtla saat 10:00-da başlayacaq. İlk seans dörd saat – 10:00-dan 14:00-dək davam edəcək.

Sonra bir saatlıq fasilə var ki, bu zaman da boşluq olmayacaq – 14:05-də sürücülərlə, 14:35-də isə komanda nümayəndələri ilə mətbuat konfransları baş tutacaq.

Testlər 15:00-dan sonra davam edəcək 19:30-da başa çatacaq.

Qeyd edək ki, Bakı Bəhreyndən 1 saat irəlidədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*