Polis M.Şumaxerin dəbilqəsindəki kameranın yazısını göstərib

Fransanın Cənubi Alp dağlarında Savoy departamentinin Şamberi şəhərinin jandarmeriyasında jurnalistlərə Mixael Şumaxerin dəbilqəsinə quraşdırılmış GoPro kamerasının yazısı göstərilib – yazı […]

Fransanın Cənubi Alp dağlarında Savoy departamentinin Şamberi şəhərinin jandarmeriyasında jurnalistlərə Mixael Şumaxerin dəbilqəsinə quraşdırılmış GoPro kamerasının yazısı göstərilib – yazı dekabrın 29-da Meribel dağ-xizək kurortunda baş vermiş insidentin bəzi məqamlarına aydınlıq gətirib, beləki insident günü Şumaxerlə bir yerdə dağda olan oğlu və qızının dostunun dedikləri təsdiq olunub.

Yazıda aydın görünür ki, Mixael Mauduit (orta çətinlik) və Biche (aşağı çətinlik) trasları arasında xizəklə sürüşür. Yıxılma anında onun sürəti böyük olmayıb. Xizək daşa ilişir, Mixael irəliyə yıxılır, xizəklər ayağından açılır və sürücü başı ilə qarla örtülmüş daşa çırpılır.

Bu gün yerli vaxtla saat 11:00-da (Bakı vaxtılə 16:00) Şamberinin prokuroru mətbuat konfransı keçirəcək və bu videoyazını şərh etməklə insidentin bəzi məqamlarına aydınlıq gətirəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*