20 Avqust 2019, Çərşənbə axşamı - 03:29

Pirelli Avstraliya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Avstraliya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:09 - 05 Mart, 2019

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Avstraliya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, bu il italyanlar yumşaqlığına görə 5  fərqli quru hava təkərləri istehsal edəcəklər və onlar bütün yarışlarda yalnız ağ, sarı və qırmızı rənglərlər markalanacaqlar. Avstraliyada isə sürücülərin ixtiyarında orta üçlük – C2, C3 və C4 tərkibləri olacaq. Faktiki olaraq, Pirelli elə keçən il də Melburna eyni tərkibləri gətirmişdi (Soft, SuperSoft və UltraSoft).

Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, bərk tərkiblər dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında da dəyişir…

AVSTRALİYA QRAN PRİSİ ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli Selected sets, Australian Grand Prix


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər ,
Paylaş

logo