21 Yanvar 2019, Bazar ertəsi - 22:21

FİA trasda işıqforun yerini dəyişməli olub

FİA trasda işıqforun yerini dəyişməli olub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:14 - 22 Mart, 2018

Sürücünün başının müdafiəsi sisteminin tətbiqi son bir il ərzində kəskin tənqid atəşinə tutulub – Halo quraşdırılmış yeni maşınların xarici görünüşü heç kimin xoşuna gəlməyib. Bu gün isə məlum olub ki, sistemin tətbiqi daha ciddi çətinliklərlə bağlıdır – Halo sürücülərə yarışın startında işıqforu görməyə mane olacaq.

F-1.az bildirir ki, bu gün FİA təcili tədbirlərə əl atmalı olub. Bundan başqa, sərbəst yürüşlərin gedişi zamanı sürücülərə start prosedurunu məşq etməyə də icazə veriləcək.

Çarli Uaytinq: “Adətən, biz sərbəst yürüşlərdə startı məşq etməyə icazə vermirik, çünki həftəsonunun qrafiki çox sıxdır. Amma bu il maşınlara Halo quraşdırılıb – start işıqlarının görüntüsü məhdudlaşıb. Buna görə də biz bütün tras rəhbərlərindən xahiş etmişik ki, işıqforu tras üzərindən standart hündürlükdə quraşdırsınlar.

Bundan başqa biz mərkəzi start işıqlarını təkrarlayan yan tərəfdə quraşdırılmış işıqforlardan da istifadə edəcəyik, Albert Parkda start düzlüyünün sol tərəfində olacaq bu işıqlar. 2009-cu ildən  belə işıqforlar start düzlüyünün ortasında quraşdırılırdı ki, аrxa qanadların hündürlüyü artdığı üçün arxadakı sürücülər işıqforu görmürdülər. İndi qanadlar aşağı salınıb, start düzlüyünün ortasında işıqfora ehtiyac qalmayıb, ona görə də işıqforu kənara çəkmişik.

Mənə elə gəlir ki, Halo quraşdırılmış maşında işıqforun ən pis göründüyü yer pouldur. Çox güman ki, sürücü işıqforu görməyəcək, bəlkə də bir hissəsini görəcək. Bəlkə də başını sağa və ya sola döndərməklə onu görəcək. Ona görə də ondan beş metr uzaqlıqda aşağıda başqa işıqfor olacaq. Mən düşündüm ki, sürücülər məşqlərdə bu işıqforu görməlidirlər, start prosedurunda onun işləməsi ilə tanış olmalıdırlar. Hər halda bazar günü ilk dəfə görməsinlər deyə, məşqlərdə sistemin işləməsini yoxlamalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 211
Teqlər , ,
Paylaş

logo