Oskar Piastri Barselonada testlər keçirir

Oskar Piastri 2023-cü ildə Formula1-də McLaren komandasında debüt mövsümünə hazırlığını davam etdirir.

F-1.az xəbər verir ki, bu günlərdə avstraliyalı sürücü Barselona trasında keçənilki MCL35M-in sükanı arxasında işləyir.

Mövsüm başlamazdan əvvəl Bəhreyndə fevral ayında keçiriləcək testlər zamanı Oskarın trasda işləməsi üçün cəmi bir gün yarım vaxtı olacaq ki, bu nəinki debütantlar, hətta təcrübəli pilotlar üçün belə çox azdır. Məhz buna görə də Piastri üçün hətta keçənilki maşının sükanı arxasında testlər çox vacibdir.

Bugünkü testlərdə əsas diqqət standart sürücülük prosedurlarının və pit stopların işlənməsi, eləcə də Oskarın növbəti mövsümdə işləməli olacağı mühəndislərlə ortaq dil tapmağa yönəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*