O.Safnauer: “Red Bull-la mübarizə aparmaq mümkünsüzdür”

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer bildirib ki, Red Bull komandasına temp olaraq uduzurlar.

F-1.az xatırladır ki, İspaniya yarışında Force İndia komandası 22, Red Bull komandası isə 15 xal toplamışdı. Bundan sonra iki komanda arasındakı fərq 19-a düşüb.

Otmar Safnauer: “Mövsümün 1/4-i geridə qaldı və aramızda sadəcə 19 xallıq fərq var. Bu fərqi qısa müddətdə bağlaya bilərik, amma hazırda Red Bull bizdən sürətlidir və böyük resursları var. Əgər belə davam etsə, onları qabaqlamaq çətin olacaq. Bəlkə bəzi yarışlarda onlarla mübarizə aparar və qabaqlaya bilərik. Lakin bu mövsüm onları qabaqlamaq mümkünsüzdür. Bizdən sonra gələn Toro Rosso komandasını 32 xal qabaqlayırıq. Ancaq buna görə rahatlanmaq olmaz. Keçən il Williams bizdən 60 xal qabaqda olsa da, fərqi əridərək onları qabaqladıq. Mövsümün əvvəlindəyik və ciddi formada işimizə fokuslanmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*