20 Sentyabr 2019, Cümə - 01:17

Force İndia-nın maşınları çəhrayı rəngdə olacaqlar

Force İndia-nın maşınları çəhrayı rəngdə olacaqlar

Müəllif: Elçin Zodorov, redaktor

20:20 - 14 Mart, 2017

Komanda təsdiqləyib ki, builki maşın çəhrayı rəngə boyanacaq. Bu, Avropanın ən böyük sutəmizləmə avadanlıqları istehsal edən şirkətlərindən biri olan BWT ilə bağlanmış uzunmüddətli müqaviləyə görədir. VJM10 çəhrayı və gümüşü rənglərin birləşməsi ilə diqqətləri cəlb edəcək.

F-1.az bildirir ki, maşın Melburnda yeni rəng çaları ilə trasa çıxacaq. BWT-nin mərkəzi qərargahı Avstriyada yerləşir. Serxio Peres və Esteban Okonun dəbilqələrinin dizaynında da dəyişiklik ediləcəyi bildirilir.

Vicey Malya:BWT-nin Formula1-ə gəlməsi və bizimlə əməkdaşlıq etməsi olduqca vacib xəbərdir. Çünki bu, komandamızın onillik tarixində ən irimiqyaslı sövdələşmələrdən biridir. Bu razılaşma komandamızın uğurlarının və mövsümlərarası dövrdə apardığımız danışıqlarının nəticəsidir. Bu mövsüm maşınımız daha parlaq olacaq, maşının detalları isə (qanadları və aşağı hissələri) tutqun və tünd rəngə boyanacaq. Rəng çalarının dəyişdirilməsi komanda və şirkət arasında qurulmağa başlayan möhkəm münasibətdən xəbər verir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 488
Teqlər , ,
Paylaş

logo