N.Rosberq mükafatını iyunun 5-də alacaq

Martın əvvəlində biz Niko Rosberqin keçən ilin yekunlarına görə Lorenso Bandini adına mükafata layiq görüldüyünü xəbər vermişdik. Fəxri mükafatın sahibi […]

Martın əvvəlində biz Niko Rosberqin keçən ilin yekunlarına görə Lorenso Bandini adına mükafata layiq görüldüyünü xəbər vermişdik. Fəxri mükafatın sahibi Monako Qran Prisindən sonra təntənəli mərasimə dəvət olunub.

Bütünn ənənələrə əməl olunacaq. Əvvəllər mükafatın sahibi Faensadan Briziqellaya qədər olan yolu idman maşınında qət edirdi – bu dəfə də şəhərin sakinləri idman motorunun səsini eşidəcəklər – 12 kilometrlik yolu əvvəlcə Stefano Koletti Trident komandasının GP2 maşınında qət edəcək, Niko isə mərkəzi Piazza Marconi meydanında Mercedes SLS AMG təhlükəsizlik maşınının sükanı arxasında görünəcək.

Yerli vaxtla saat 18:00-da rəsmi mətbuat konfransından sonra təqdimetmə mərasimi təşkil olunacaq. Bandini mükafatından əlavə daha doqquz mükafat təqdim olunacaq, onlardan birini isə – Deputatlar Palatasının medalını Mercedes Motorsport-un başçısı Norbert Hauq alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*