N.Rosberq minimal çəki qaydasını tənqid edib

Niko Rosberqin Formula1-də maşının sürücü ilə birlikdə minimal çəkisinin 605 kq olması qaydasından xoşu gəlmir. Almaniyanın SpeedWeek həftəliyinə müsahibəsində Rosberq […]

Niko Rosberqin Formula1-də maşının sürücü ilə birlikdə minimal çəkisinin 605 kq olması qaydasından xoşu gəlmir. Almaniyanın SpeedWeek həftəliyinə müsahibəsində Rosberq bildirib ki, bu ildən maşınlara ağır olan KERS sistemləri qoyulduğu üçün daha ağır və daha uzun sürücülər çıxılmaz vəziyyət qarşısında qalacaqlar, bu isə ədalətsizlikdir.

Başqa pilotlar, məsələn, Robert Kubitsa və Mark Uebber artıq bildirmişdilər ki, KERS maşına əlavə 30-40 kg çəki artırdığı üçün şassinin içərisində ballastı paylaşdırmaq olduqca çətinləşib, şassinin ideal çəki paylanmasını etmək çətin bir prosesə çevrilib. Məlumdur ki, yeni mövsümün başlanğıcında Kimi Rəykkönen və Fernando Alonso arıqlamaqla məşğul olublar, hətta veteran Rubens Barrikello da əlavə çəkidən azad olub ki, birdən komandalardan birinə onun xidməti lazım olar.

Niko Rosberq: “Mən də arıqlamışam, hətta Milad bayramında kaloriləri sayırdım. Məncə, minimal çəkiyə aid olan qayda ədalətsizdir, çünki daha uzun sürücülər çıxılmaz vəziyyətə düşürlər. Hesab edirəm ki, bu məsələni Formula1 sürücülərinin Assosiasiyasının növbəti iclasında müzakirə etmək lazımdır.”

Keçən il mövsümün əvvəlində boyu 185 sm olan Robert Kubitsa 6 kg arıqlamışdı və hazırda onun çəkisi 70 kg-dan aşağıdır. Kölndə dərc olunan Express qəzeti yazır ki, polşalı sürücü bir qədər də arıqlamağa qorxur, çünki bu onun fiziki formasına pis təsir edə bilər.

Rosberqin sözlərində həqiqət var, onun özünün boyu 178 sm, çəkisi isə 70 kg-dır, amma ondan bir baş balaca olan Nik Haydfeld və Felipe Massa isə heç 60 kg çəkiyə də malik deyillər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*