Brabham Formula1-ə qayıda bilər?

İsveçrədə dərc olunan Motorsport Aktuell həftəliyi xəbər yayıb ki, gələn ilin çempionatında iştirak etməsi üçün ərizə verən Formtech GmbH Formula1-ə […]

İsveçrədə dərc olunan Motorsport Aktuell həftəliyi xəbər yayıb ki, gələn ilin çempionatında iştirak etməsi üçün ərizə verən Formtech GmbH Formula1-ə tarixi Brabham adını qaytarmaq fikrindədir. Düzdür, hazırda Brabham brendi alman biznesmen və Formtech-in başçısı Frans Hilmerə məxsusdur. Məhz Hilmer keçən il müflis olmuş Super Aguri-nin aktivlərini, o cümlədən Britaniyanın Lifild çəhərciyində yerləşən bazasını hərracdan əldə etmişdi…

Brabham adı Formula1 tarixində xüsusi yer tutur: avstraliyalı Cek Brəbhəm özünün qurduğu və özünün adını daşıyan maşında titul qazanmış yeganə sürücüdür – bu 1966-cı ildə baş vermişdi. Karyerası ərzində Bərbhəm üç dəfə dünya çempionu olmuşdu, qurduğu komandanın hesabında isə dörd titul və iki Mühəndislər Kuboku var.

Beləliklə, Brabham Grand Prix komandasını gələn ilin çempionatında starta çıxmaq istəyənlərdən biri hesb etmək olar, siyahı isə böyüməkdədir: Prodrive, Campos Meta1, Team USF1, Litespeed və March.

Gələn cümə FİA 2010-cu ildə Avstraliya Qran Prisinin startına buraxılacaq komandaların adını çəkməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*