N.Rosberq: “Biz stabil olaraq bütün traslarda sürətliyik”

Cümə yürüşlərinin yekunlarına görə Williams komandasının sürücüləri ilk səkkizliyə daxil olublar, Niko Rosberq isə günün lideri Censon Battona cəmi 0.025 […]

Cümə yürüşlərinin yekunlarına görə Williams komandasının sürücüləri ilk səkkizliyə daxil olublar, Niko Rosberq isə günün lideri Censon Battona cəmi 0.025 saniyə uduzub…

Niko Rosberq (2-ci yer): “Gün maraqlı keçdi. Biz çox şey aydınlaşdırdıq, hər şeydən əvvəl, təkərlərin işini öyrəndik və başa düşdük ki, onlardan maksimum səmərəlilik əldə etmək üçün nə etmək lazımdır.

Amma əsas odur ki, bu il biz bütün traslarda stabil olaarq sürətliyik. Biz yarışa hazırıq və sürpriz gözləmirik.”

Kazuki Nakacima (7-ci yer): “Bu gün səhər müəyyən problemlərlə üzləşdim, təkərlər özünü qəribə aparırdılar, amma günorta vəziyyət düzəldi. Maşının yaxşı balansını da tapa bildim. İndi başa düşməliyik ki, sıralanma turunda yaxşı nəticə üçün nə etməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*