15 Noyabr 2019, Cümə - 17:32

J.Byanki Sahara Force İndia-nın ehtiyat sürücüsüdür

J.Byanki Sahara Force İndia-nın ehtiyat sürücüsüdür

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:57 - 31 Yanvar, 2012

Sahara Force İndia komandası rəsmən təsdiq edib ki, Jül Byanki komandanın ehtiyat sürücüsü olacaq: 22 yaşlı fransalı sürücü 2012-ci ildə […]

Sahara Force İndia komandası rəsmən təsdiq edib ki, Jül Byanki komandanın ehtiyat sürücüsü olacaq: 22 yaşlı fransalı sürücü 2012-ci ildə ən azı doqquz cümə sərbəst yürüşündə trasa çıxacaq və mövsümöncəsi testlərdə çıxış edəcək.

Komandanın yaydığı mətbuat relizindən məlum olur ki, bu təyinatla komanda bir daha sübut edir ki, gənc sürücülərin ustalıqlarını artırmaq üçün onlarla işini davam etdirir…

Jül Byanki: “Əlbəttə, mən çox şadam ki, Force İndia komandasına qəbul olunmuşam və yarış uik-endi zamanı trasda işləmək imkanı əldə edəcəm – mənim üçün vacib addımdır.

Müasir Formula1 maşınının sükanı arxasında mütəmadi işləmək tez öyrənməyin ən yaxşı yoludur və ümid edirəm ki, gələcəkdə yaxşı sürücü olmağıma kömək edəcək.

Məni bir neçə həyəcanlı aylar gözləyir, çünki yeni komanda ilə tanış olmalıyam, sükan arxasına oturmağa hazırlaşmalıyam. Mən mənə inanan hər bir kəsə minnətdarlıq etmək istəyirəm və hər şeydən əvvəl Force İndia komandasına mənə verdikləri əla imkana görə təşəkkür edirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 497
Teqlər
Paylaş

logo