25 Avqust 2019, Bazar - 13:46

K.Sayns təəccüblüdür

K.Sayns təəccüblüdür

Müəllif: Rauf Hacıyev, redaktor

22:39 - 27 Fevral, 2017

Toro Rosso komandasının sürücüsü Karlos Sayns testlərin ilk günündə böyük komandaların atdığı dövrə sayına görə təəccüblənib.

F-1.az xatırladır ki, Mercedes-ə oxşarlığı ilə seçilən Toro Rosso-nun 2017-ci il bolidi testlərin ilk günündə yaxşı təsir bağışlamayıb. İtalyanlar gün ərzində cəmi 51 dövrə vura biliblər və böyük komandaların – Mercedes (152), Ferrari (128) və Williams-ın (103) gerisində qalıblar.

Karlos Sayns: “Tamamladığımızdan daha artığını etməyi planlaşdırırdıq. Bolidlə bağlı həll etməli olduğumuz bəzi problemlər var –  bunların testlərdə baş verməsi normal və gözləniləndir. Başa düşmürəm ki, digər komandalar necə oldu ki, 120-150 dövrə vurdular. Amma testin ilk günü həmişə çətin olub. Özünüzü Ferrari və ya Mercedes ilə müqayisə edə bilməzsiniz.

Testin ilk günü idi. Həm mühərrik, həm də şassi üzərində işləməli idik. Boksda və trasda bizə mane olan bəzi problemlər tapırıq. Bu normaldır. Bu şassiyə görədir. Ümid edirəm ki, sabah Kvyat məndən çox dövrə vurar. Sonra mən və yenə o çoxlu dövrələr vurarıq. Testin qalan günlərində hədəfimiz bu olmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 120
Teqlər ,
Paylaş

logo