İspaniya Qran Prisinin stüardları Lotus Renault GP komandasının Nik Haydfeldin yarışa buraxılması barədə müraciətinə baxıblar – almaniyalı sürücü maşının problemləri üzündən sıralanma turunda iştirak edə bilməyib və 107%-lik səddi keçməyib.
Stüardlar Haydfeldi yarışın startına buraxıblar, çünki uik-endin digər sessiyalarında Haydfeld yaxşı nəticələr göstərib. Nik start düzlüyündə sonuncu yerdən, ya da pit-leyndən start alacaq.