N.Hauq: “Biz heç kimi hədələmirik”

FİA və komandalar arasındakı mübahisəyə şərh verən Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauq ümid edir ki, məsələnin tez və səmərəli […]

FİA və komandalar arasındakı mübahisəyə şərh verən Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauq ümid edir ki, məsələnin tez və səmərəli həlli tapılacaq…

Norbert Hauq: “FOTA-nın ağıllı fikirləri var, biz hamımız məsrəfləri azaltmağa və mənfəəti artırmağa köklənmişik, amma çempionatın rəhbərliyi komandalarla əməkdaşlığa başlamalıdır. Bizim belə bir arzumuz var, mübahisəli məsələləri müzakirə etmək və kompromis vraiantlar tapmaq lazımdır.

Ferrari-nin mövqeyini qiymətləndirərkən komandanın nöqteyi nəzərini başa düşmək lazımdır, bizim kimi komandalarda 1000-dək əməkdaş çalışır – bu qədər ştatı bir gündə yarıbayarı azaltmaq mümkün deyil, Williams-ın vəziyyətində daha tez səmərə əldə etmək olar, amma mən ümid edirəm ki, biz hamını razı salacaq variant tapacayıq.

Biz FOTA-nı dəstəkləyirik və bu mövqeyimizi bir daha Monakoda təsdiq edəcəyik. Bizim həm reqlament üzrə, həm də Razılıq Müqaviləsi üzrə suallarımız var, biz ərizə verməmişdən əvvəl bu suallara cavab almaq istəyirik. Biz heç kimi hədələmirik, alternativ çempionatın təşkil olunması variantı heç müzakirə olunmur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*