N.Todt: “Pul hər şey deyil”

Məşhur sürücü meneceri Nikolya Todt bildirib ki, Formula1-də çıxış etmək üçün təkcə pul bəs eləmir.

F-1.az xatırladır ki, son illərdə sponsor hesabına yarışan sürücülərin sayı artıb. Pastor Maldonado, Vitaliy Petrov, Serxio Peres, Ləns Stroll, Bruno Senna və Markus Eriksson belə sürücülərdəndir.

Nikolya Todt: “Maliyyə cəhətdən güclü olmaq həmişə yaxşıdır. Amma təkcə bu bəs eləmir. FİA super lisenziya verəndə sürücülərin qarşısına tələblər qoyur. Milyonlarınız ola bilər, amma bu tələbləri yerinə yetirə bilməsəniz, Formula1-ə girmək şansınız olmur. Məncə, bu, ədalətli sistemdir.

Hazırda çox şikayət etsələr də, düşünürəm ki, Formula1 əla vəziyyətdədir. Həmişə dediyim kimi, Formula1 böyük idmandır və buna pullu idman demək olmaz”.