19 Avqust 2019, Bazar ertəsi - 16:20

N.Rosberq çempionluq kubokunu itiribmiş

N.Rosberq çempionluq kubokunu itiribmiş

Müəllif: Rauf Hacıyev, redaktor

12:05 - 13 İyul, 2017

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bu yaxınlarda çempionluq kubokunu itirdiyini deyib.

F-1.az xatırladır ki, Dünya Kuboku qızıl və gümüşdən düzəldilir və üzərimdə bütün Dünya Çempionlarının adları var.

Niko Rosberq: “Kubok mənim üçün çox dəyərlidir, ancaq Qudvuda yollananda itdi və çox qorxduq. Super yüksək təhlükəsizlik tədbirləri ilə yollansa da, itdi. Beş gün tapa bilmədik. Yuxusuz gecələrdən sonra, nəhayət, ona qovuşdum.

Hazırda etmək istədiyim şeylərlə məşğulam və bu siyahını tamamlayıram. Cümə günü Uimbldonda, bazar günü isə Silverstounda olacam. Daha sonra isə Kaliforniyadakı Silikon Vadisinə gedəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 929
Teqlər ,
Paylaş

logo