N.Lauda test planlarını açıqlayıb

Formula1 üzrə 3 qat Dünya Çempionu bildirib ki, komandalar yeni qaydaları anlamaq üçün Barselona testlərində əllərindən gələni edəcəklər.

F-1.az xatırladır ki, 2016-cı ilin qış testlərində Ferrari hamıdan sürətli olsa da, mövsüm ərzində qələbə qazana bilməmişdilər. Lauda bildirib ki, cari mövsümün qış testlərində bu tərz şeylər etməyəcəklər, çünki qaydaları öyrənmək üçün tam güclə sürəcəklər: “Barselona testlərində bütün komandalar yeni qaydalara uyğunlaşmaq üçün 4 gün ərzində dayanmadan işləyəcəklər. Testlərin arasında qalan 4 günlük fasilədə isə bolidi inkişaf etdirəcəklər. Bu dəfə heç kim əsl gücünü gizlətməyəcək. Biz də əsl gücümüzü bilmək üçün tam güclə işləyəcəyik. Beləliklə, 2017-ci ilə necə hazırlaşdığımızı görə bilərik. Bolid hələ də tam olaraq hazır deyil, amma enli təkərlərlə gözəl görünür. Azarkeşlərin də çox həyəcanlı olduğuna əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*