N.Lauda: “Rosberq üçün darıxmayacağıq”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, onlar Niko Rosberq üçün darıxmayacaqlar.

F-1.az xatırladır ki, Niko Rosberq 2010-cu ildə Mercedes komandasına transfer olunmuş və 2016-cı ildə “gümüşü oxlar”ın heyətində Dünya Çempionu titulunu qazandıqdan sonra gözlənilmədən istefa vermişdi.

Mercedes komandası Rosberqin gözlənilməz qərarındam sonra çətin vəziyyətdə qalmış və sonda Williams komandasından Valtteri Bottası transfer etmişdi.

Niki Lauda: “Mercedes Rosberq üçün darıxmayacaq. Ayrılmaq istədi və getdi. Buna öyrəşməliyik. O da öyrəşməlidir. Artıq gələcəyə baxırıq. Onun yerinə başqasını tapmaq asan olmadı. Sürətli və təcrübəli sürücü istədik və buna görə də Verlyaynı yox, Bottası seçdik. Paskalı seçmək riskli olardı. Onun birillik təcrübəsi var və bu il mühəndislər çempionluğunu qorumalıyıq. Yeni mövsümdəki hədəfimiz budur.

Valtteriyə Formula1-dəki ən güclü boliddə yarışmaq şansı veririk və bu ona yaxşı nəticələr qazanmağa kömək edəcək. Məncə, Bottas Rosberqdən zəif deyil. Niko çempionluğu güclü komanda və bolid ilə qazandı. Komanda olaraq 3 dəfə mühəndislər, sürücü kimi isə Həmilton ilə 2 dəfə çempion olduq. Bu uğuru qazanmaq üçün Nikoya biz şans verdik və onu Mercedes-dən ayrı dəyərləndirmək olmaz. Çempionluğu təkbaşına qazana bilməzdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*