M.Şumaher də yeni qaydalardan narazı qalıb

Öz rəsmi saytında yeddiqat dünya çempionu Mixael Şumaher qarşıdakı mövsümdə qüvvələr nisbətindən və FİA-nın yeni qəbul etdiyi qərarlara öz münasibətindən […]

Öz rəsmi saytında yeddiqat dünya çempionu Mixael Şumaher qarşıdakı mövsümdə qüvvələr nisbətindən və FİA-nın yeni qəbul etdiyi qərarlara öz münasibətindən söhbət açıb…

Mixael Şumaher: “Mən Formula1-in iki son testlərində iştirak etdim və deyə bilərəm ki, mövsüm starta hazırdır! Mən bünü həm sürücü, həm də Ferrari azarkeşi kimi söyləyirəm. Testlərdən aldığım təəssüratlara görə, biz mübarizəyə yaxşı hazırıq və titula namizədlər qrupunda mübarizə aparmalıyıq. Bu qrupa bizdən başqa Toyota, Renault və BMW daxildir, Ross Braunun komandası yaxşı təəssürat bağışladı – testlərdə onlar hamını 1 saniyə qabaqlayırdılar. əgər belə bir üstünlüyü Qran Pridə də saxlamaq mümkün olsa, onda komanda çox güclü olacaq, amma digər komandalar da geriqalmanı azaldacaqlar. McLaren isə əksinə, yaxşı görünmür.

Testlərdə bir çox “uşaq xəstəlikləri”ndən azad olmaq lazım idi, bu mövsümöncəsi testlərdə normaldır. Testlərə məhdudiyyətin qoyulmasını nəzərə alsaq KERS-dən ilk yarışlarda istifadə olunması müəyyən qədər riskdir, amma ilk yarış ərəfəsində suallar çoxalır, bu isə çempionata marağı daha da artırır.

Təəssüf ki, bunu çempionata 10 gün qalmış qəbul olunan düzəlişlər barədə deyə bilməyəcəm. Çox maraqlıdır, dəyişikliklər məsələsi həmişə uzun illər müzakirə olunardı və həmişə də qəbul olunan qərar gözlənilməz olmurdu. Mən təsəvvür edə bilmirəm ki, yeni qaydalar Formula1-i necə yaxşılaşdıra bilər – hər şeydən əvvəl isə çempionu müəyyən etmənin yeni qaydası? Qələbə həqiqətən layiqli qiymətini almalıdır, amma mən başa düşə bilmirəm, necə yəni dünya çempionu ikinci yeri tutmuş sürücüdən az xal toplaya bilər. Bundan başqa biz əmin olmalıyıq ki, Formula1 avtoidmanın zirvəsi olaraq, ən yüksək texnologiyaların səviyyəsində mübarizə növü olaraq qalacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*