Motorlar: Güclər təxminən bərabərdir

Formula1-in 12 komandası cəmi dörd motor təchizatçısının xidmətlərindən yararlanır. Onlardan üçü çempionatda çoxdan iştirak edir, biri isə – Cosworth – […]

Formula1-in 12 komandası cəmi dörd motor təchizatçısının xidmətlərindən yararlanır. Onlardan üçü çempionatda çoxdan iştirak edir, biri isə – Cosworth – Bəhreyn Qran Prisində çempionata qayıdıb. Çempionata ümillik fasilədən sonra qayıdan Britaniya motorları rəqibləri ilə müqayisədə hansı mövqeni tutublar?

Keçən il ekspertlər motorların güclərini müqayisə edərkən üstünlüyü MercedesFerrari motorlarına verirdilər, amma bu zaman alman motorlarının daha qənaətcil olmasını qeyd edirdilər. Düzdür, keçən il Renault motorları ən qənaətcil idilər, amma buna əsas səbəb motorların daha zəif olması idi.

Kristian Horner: “Bizim motorlar rəqiblərə 3-4% uduzur, biz isə heç olmasa 2% geri qalmaq istərdik, hərçənd, Mercedes-ə onsuz da çatmaq olmayacaq.”

Deyəsən, britaniyalı mütəxəssis bir az səhv rəqəmlər söyləyir, çünki 4% geriqalma bu halda 30 at qüvvəsinə bərabərdir və belə bir güc çatışmazlığını heç Ədrian Nyui də kompensə edə bilməz. Ekspertlərin fikrincə, Avstriya komandasının istifadə etdiyi motorlar rəqiblərinə cəmi 15 at qüvvəsi uduzur – 765-ə qarşı 750.

Bəs Cosworth hardadır? Məlum olub ki, britaniyalı mühəndislər heç də pis motor hazırlamayıblar. Bəhreyn Qran Prisindən sonra verilmiş ilkin qiymətlərə görə, bu motorlar ən azı Renault-dan geri qalmırlar, hərçənd, bir az çox yanacaq işlədirlər. Beləliklə, hazırda Formula1-də motorların vəziyyəti aşağıdakı kimidir:

1. Mercedes (Mercedes GP, McLaren, Force İndia) – 765 a.q.
2. Ferrari (Ferrari, Toto Rosso, Sauber) – 765 a.q.
3. Renault (Renault, Red Bull) – 750 a.q.
4. Cosworth (Williams, Lotus, Virgin, Hispania) – 750 a.q.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*