Mercedes komandası bu tarixdə yeni maşınını təqdim edəcək

Mercedes komandası 2022-ci il mövsümü üçün hazırladığı yeni maşının təqdimat tarixini açıqlayıb.

F-1.az xəbər verir ki, Almaniya təmsilçisi yeni Mercedes-AMG F1 W13 E Performance maşınını ictimaiyyətə fevralın 18-də göstərəcək.

Ardıcıl 8 çempionluq qazanan komanda təqdimat tarixini elan edən dördüncü Formula1 komandası olub. Daha əvvəl Aston Martin, Ferrari və McLaren komandaları təqdimat tarixlərini açıqlamışdılar.

2022-ci il maşınlarının təqdimat tarixləri:

Tarix Komanda Maşın
10 fevral Aston Martin AMR22
11 fevral McLaren MCL36
17 fevral Ferrari
18 fevral Mercedes F1 W13

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*