Malayziya-2016: Həftəsonuna ilkin hava proqnozu

Bu həftəsonu baş tutacaq Qran Pri üçün yerli meteoroloqlar ilkin hava proqnozunu elan ediblər – çempionat iştirakçılarını Sepanqda adət etdiyimiz göy gurultulu və yağışlı, lakin isti və rütubətli hava gözləyir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə, şənbə və bazar günləri hava +33 dərəcəyə qədər qızacaq. Yağışın yağma ehtimalı isə cümə günü 60%, şənbə günü  50%, yarışın keçiriləcəyi bazar günü isə 20% təşkil edəcək.

Xatırladaq ki, keçən il sıralanma turundan başqa Qran Prinin qalan sessiyaları quru havada baş tutmuşdu.

, ,