M.Ferstappen: “Suzuka mənim üçün xüsusi trasdır”

Maks Ferstappen bildirib ki, Yaponiya yarışı onun üçün xüsusi olacaq...

F-1.az bildirir ki, Maks Ferstappen Malayziya yarışından əvvəl jurnalistlərin suallarını cavablandırıb: “Malayziya çox vacibdir və çox istidir.

Bir az Sinqapura oxşayır. Sepanq trasını sevirəm. Çox gözəl trasdır. Beşinci və altıncı döngələr kimi sürətli, doqquzuncu döngə kimi hücum etməyə imkan verən döngələri var.

Malayziyada hava dəyişkən olur. Böyük fırtınalar ola bilər, amma isti hava trası tez quruda bilər.

Keçən il Malayziyanı gəzdim. Çox gözəl ölkədir. Çox xoşuma gəldi.

Malayziyadan sonra Yaponiyaya gedəcəyik. Tokioda bir neçə gün keçirəcəm. Yaponiya həmişə mənim üçün xüsusi olacaq, çünki burada ilk dəfə Formula1 bolidinin sükanı arxasına keçmişəm. Suzuka gözəl trasdır. Xüsusən də, ilk sektoru. Sürətli trasdır. Sürücülər də bunu sevir. Trasda düzlüklər azdır. Buna görə də qüsursuz olmaq lazımdır. Suzuka köhnə traslardandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*